“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi İtaliyanın elektrik enerjisindən faydalanmasına imkan yaradacaq
AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ
2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaqdır.
Energetika Nazirliyinin məlumatına görə, bu barədə nazir Pərviz Şahbazov Bakıda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası zamanı çıxışında deyib.
Həmçinin bildirilib ki, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara Dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır.
Yerli medianın məlumatına görə, nazir qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı həyata keçirilən layihələrdə fəallığı ilə seçilirlər: "Məsələn, "Ansaldo Energia" şirkəti azad edilmiş ərazilərdə yarımstansiyaların qurulmasında və enerji infrastrukturunun bərpasında yaxından iştirak edir. İnanırıq ki, Azərbaycanın "yaşıl enerji" keçidi İtaliya ilə əməkdaşlığımızı yeni müstəviyə daşıyacaq. Biz təkcə ənənəvi enerji resurslarının təchizatçısı deyil, həm də gələcəyin yaşıl enerjisinin mühüm tərəfdaşı olacağıq".
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/x-z-r-qara-d-niz-avropa-ya-l-enerji-d-hlizi-taliyan-n-elektrik-enerjisind-n-faydalanmas-na-imkan-yaradacaq