Back to News
Azərbaycan

Orxan Zeynalov Beynəlxalq Ayder Forumunda iştirak edib (VİDEO)

Orxan Zeynalov Beynəlxalq Ayder Forumunda iştirak edib (VİDEO)

Energetika nazirinin müavini Orxan Zeynalov Türkiyənin Rizə şəhərində enerji, beynəlxalq təhlükəsizlik və diplomatiya mövzusunda təşkil olunan Beynəlxalq Ayder Forumunda iştirak edib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Tədbirin açılış mərasimində çıxış edən nazir müavini Azərbaycan və Türkiyə dövlət başçılarının uzaqgörən və qətiyyətli liderliyi ilə formalaşan Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regional təhlükəsizlik və dayanıqlı inkişafa, enerji sahəsində çoxşaxəli əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib. Energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində Azərbaycan–Türkiyə Enerji Forumu və Forum çərçivəsində müxtəlif sahələr üzrə fəaliyyət göstərən işçi qruplarının fəaliyyətindən, eləcə də yaşıl enerji dəhlizləri istiqamətində qardaş ölkə ilə həyata keçirilən uğurlu siyasətdən danışıb. İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvanla Türkiyə arasında quru xətti ilə birbaşa təbii qaz təchizatını təmin etməklə yanaşı, ötürücülük gücünün artırılması sayəsində əks axına da imkan yaratdığı qeyd olunub. Bildirilib ki, bu layihə təkcə Naxçıvanın enerji təchizatını gücləndirmir, həm də Zəngəzur dəhlizi perspektivində gələcək infrastruktur sinxronluğunun əsasını qoyur.

Çıxışda Azərbaycandan, Qazaxıstan və Özbəkistandan gələn “yaşıl enerji”nin Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi hədəfləri, Naxçıvanla yanaşı, Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropaya elektrik enerjisinin çatdırılmasını təmin edəcək “yaşıl enerji” ixrac infrastrukturlarının yaradılması imkanlarından bəhs olunub, “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji dəhlizi” layihəsi barədə məlumat verilib. Türk şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası kimi inkişafında iştirakı, bərpa olunan enerji, enerji saxlanc sistemləri, yaşıl hidrogen, karbon tutma texnologiyaları, enerji səmərəliliyi, energetikada bazar münasibətləri və tənzimləmə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, həyata keçirilən və gələcəyə hesablanmış enerji layihələri yalnız iki qardaş ölkənin rifahına deyil, eyni zamanda regionda sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə və beynəlxalq əməkdaşlığın daha da inkişafına xidmət edir.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/orxan-zeynalov-beyn-lxalq-ayder-forumunda-i-tirak-edib-v-deo