Azərbaycan BƏƏ-də keçirilən "Geotermal Enerji Dialoqu"nda təmsil olunub
AZƏRBAYCAN
GEOTERMAL
Əbu-Dabi Dayanıqlılıq Həftəsində (ADSW) təşkil olunan “Geotermal Enerji Dialoqu: Növbəti Enerji Mərhələsi üçün Geotermal Enerjidən İstifadə İmkanları” tədbiri çərçivəsində “Geotermal Enerji Layihələrin Maliyyələşməsi və İnnovasiya” mövzusunda yüksəksəviyyəli dəyirmi masa müzakirəsi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova iştirak edib.
Bu barədə BOEMDA-dan bildirilib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) – "Qlobal Geotermal Alyans", "Masdar", "Morgan Stanley" və "Dayanıqlı Bazarlar Təşəbbüsü"nün birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq maliyyə institutları, enerji şirkətləri və texnologiya təchizatçıları iştirak ediblər.
Tədbirin açılış nitqində IRENA-nın baş direktoru Françesko La Kamera geotermal enerjini yeni “era enerjisi” adlandıraraq onun elektrik enerjisinin istehsalında tətbiqi ilə yanaşı həmin enerjinin istilik və soyutma sistemlərində istifadəsinin vacibliyini qeyd etdi.
Dəyirmi masa müzakirələri çərçivəsində geotermal enerji sahəsində investisiya mühitinin yaxşılaşdırılması, layihələrin maliyyələşdirilməsi, risklərin azaldılması mexanizmləri, yeni texnologiyaların tətbiqi, eləcə də uzunmüddətli enerji tədarükü modelləri müzakirə olunub.
Rəna Hümbətova çıxışı zamanı Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi işlər, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bərpa olunan enerji mənbələrinin ümumi enerji balansında payının artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, geotermal enerji üzrə layihələrin mərhələli maliyyəşdirməsini, maliyyə risklərinin azaldılması məqsədi ilə neft və qaz quyuları üzrə mövcud olan məlumat bazası və quyuların qazılması texnologiyasından istifadə edilməsinin vacibliyini qeyd edib.
Tədbirin əsas məqsədi geotermal enerjinin qlobal enerji keçidi prosesində rolunun gücləndirilməsi, bu sahədə investisiya imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviq olunması olub.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/az-rbaycan-b-d-ke-iril-n-geotermal-enerji-dialoqu-nda-t-msil-olunub