Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında enerji əməkdaşlığı müzakirə edilib
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
“ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.
Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə “OPEC+” formatında, həmçinin karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyin artırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/az-rbaycanla-s-udiyy-r-bistan-krall-aras-nda-enerji-m-kda-l-m-zakir-edilib