Back to News
Region

Özbəkistanın ən böyük külək elektrik stansiyası istifadəyə verilib

Özbəkistanın ən böyük külək elektrik stansiyası istifadəyə verilib

REGİON
KÜLƏK

Özbəkistanın Buxara vilayətinin Gicduvan rayonunun mərkəzindən 180 kilometr aralıda yerləşən Oyokogitma ucqar səhra ərazisində 500 MVt gücündə külək elektrik stansiyası uğurla işə salınıb.

Renewables.az UzDaily nəşrinə istinadən xəbər verir ki, layihə "ACWA Power" şirkətinin törəmə şirkəti "ACWA Power Bash Wind" şirkəti tərəfindən reallaşdırılıb.

Layihəyə qoyulan ümumi investisiya 650 milyon ABŞ dolları təşkil edib. Stansiyanın tam istismara verilməsindən sonra ildə 1,8 milyard kilovat-saatadək elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu, təkcə region əhalisinin artan enerji tələbatını ödəməyəcək, həm də təbii qaz istehlakını azaltmaqla onun ekoloji dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq - ildə təqribən 500 milyon kubmetr qənaət ediləcək.

280 hektardan çox sahədə qurulan stansiyada 79 külək turbini inşa edilib, ərazidə 600-dən çox mütəxəssis çalışıb.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/zb-kistan-n-n-b-y-k-k-l-k-elektrik-stansiyas-istifad-y-verilib