Back to News
Region

Xəzərin sahilində atom elektrik stansiyası tikilə bilər

Xəzərin sahilində atom elektrik stansiyası tikilə bilər

REGİON
NÜVƏ ENERJİSİ

Qazaxıstanın qərbində daha bir atom elektrik stansiyası tikilə bilər. Bu barədə Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, söhbət Xəzər dənizinin sahilindən gedir.

“Yer hələ konkret olaraq müəyyən edilməyib, kiçik və orta güclü reaktorları olan atom elektrik stansiyası üçün potensial məkan nəzərdən keçirilir. Yəni, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA)  bütün əsas təlimatlarına əsaslanaraq, atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın vaxtlarda araşdırma aparılacaq: seysmiklik, təhlükəsizlik, su anbarının mövcudluğu, kifayət qədər suyun miqdarı - biz bu məsələni araşdırırıq. Amma Agentlik atom elektrik stansiyasının tikintisi üçün qərbi Qazaxıstanı kəşf etməyi planlaşdırır və biz bu yerin perspektivli olduğunu başa düşürük”, - deyə Satkaliyev bildirib.

O, bundan əvvəl Almatı vilayətində eyni zamanda iki atom elektrik stansiyasının tikintisinin planlaşdırıldığını açıqlamışdı.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/x-z-rin-sahilind-ki-ik-atom-elektrik-stansiyas-tikil-bil-r