Back to News
Region

Türkiyə və Oman bərpa olunan enerjinin inkişafı üzrə birgə layihələr planlaşdırır

Türkiyə və Oman bərpa olunan enerjinin inkişafı üzrə birgə layihələr planlaşdırır

Türkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkələrdəki paylaşımında qeyd edib.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib.

“Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, - deyə türkiyəli nazir qeyd edib.

A.Bayraktar yeni razılaşmaların hər iki ölkənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Umman'ın başkenti Muskat'a gerçekleştirdiğimiz çalışma ziyareti kapsamında Umman Enerji ve Madenler Bakanı Sn. Salim Nasser Al Aufi ile ülkelerimiz arasındaki enerji potansiyelini güçlendirecek bir görüşme gerçekleştirdik.

Görüşmemizin ardından iki ülke arasındaki somut iş… pic.twitter.com/cJfNPArzDV

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/t-rkiy-v-oman-b-rpa-olunan-enerjinin-inki-af-zr-birg-layih-l-r-planla-d-r-r