Back to News
Külək

Ötən gün Türkiyənin külək enerjisi istehsalında rekord göst��rici qeydə alınıb – 253 milyon kVts

Ötən gün Türkiyənin külək enerjisi istehsalında rekord göst��rici qeydə alınıb – 253 milyon kVts

REGİON
KÜLƏK

Ötən gün, 4 yanvar bazar günü Türkiyənin külək elektrik stansiyalarında rekord istehsal qeydə alınıb.

"Anadolu" Agentliyinin xəbərinə görə, ötən gün külək enerjisi istehsalı 253 min 128 meqavat-saat elektrik enerjisi istehsal olunub. Bu, Türkiyə tarixində rekord göstəricidir.

Dünən Türkiyədə külək enerjisinin ümumi elektrik istehsalındakı payı 28,2 faizə çatıb. Ümumilikdə 4 yanvar tarixində ölkə üzrə 899 min 27 meqavat-saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Türkiyədə külək enerjisindən elektrik istehsalında bundan əvvəlki rekord 2024-cü il iyunun 29-da gündəlik 228 min 604 meqavat-saat göstərici ilə qeydə alınmışdı.

TEİAŞ-ın (“Türkiye Elektrik İletim Anonim Şirketi”) məlumatına görə, hazırda Türkiyədə külək enerjisi üzrə qoyuluş gücü 14 546 MVt təşkil edir.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/t-n-g-n-t-rkiy-nin-k-l-k-enerjisi-istehsal-nda-rekord-g-st-rici-qeyd-al-n-b-253-milyon-kvts