Back to News
Külək

"TotalEnergies" Azərbaycanda külək enerjisi layihəsi üzrə təklif təqdim edib

"TotalEnergies" Azərbaycanda külək enerjisi layihəsi üzrə təklif təqdim edib

AZƏRBAYCAN
KÜLƏK

"TotalEnergies" şirkəti Azərbaycanda külək enerjisi layihəsi üzrə təklif təqdim edib.

Bunu "TotalEnergies" şirkətinin Azərbaycandakı Bərpa olunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

O qeyd edib: "Külək enerjisi layihəsi üçün artıq təklif təqdim etmişik və növbəti mərhələdə bu sahənin inteqrasiya olunmasını və külək layihəmizi həyata keçirməyə başlamağı gözləyirik".

Xatırladaq ki, şirkət Azərbaycanın Energetika Nazirliyi ilə 250 meqavat gücündə külək enerjisi layihəsi və 250 meqavat gücündə günəş enerjisi layihəsinin inkişafı ilə bağlı müqavilələr imzalayıb.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/totalenergies-az-rbaycanda-k-l-k-enerjisi-layih-si-zr-t-klif-t-qdim-edib