Back to News
Hidro

"Çıraq-1” və "Çıraq-2” KSES-lərdə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

"Çıraq-1” və "Çıraq-2” KSES-lərdə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonunun Tərtər çayı üzərində yerləşən “Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyaları (KSES) istismara verilib.

Energetika Nazirliyinin məlumatına görə, ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51,0 mln. kVts elektrik enerjisi istehsal edilib.

Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6,0 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 mln. kVts elektrik enerjisi istehsal edilib.

Kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/raq-1-v-raq-2-kses-l-rd-indiy-d-k-istehsal-edil-n-elektrik-enerjisinin-h-cmi-a-qlan-b