Naxçıvan GES-in istismara verilməsindən 10 il ötür
AZƏRBAYCAN
GÜNƏŞ
2015-ci ilin dekabr ayının 1-də 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası (GES) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib.
Babək rayonunun Xal-xal kəndi yaxınlığında istismarda olan stansiyanın qoyuluş gücü 2017-ci ilin sentyabr ayının 8-də daha 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. Stansiyada il ərzində 33 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 22 meqavat gücündə Naxçıvan GES 2023-cü ildə 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilənə qədər Azərbaycanın ən böyük günəş elektrik stansiyası olub.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/nax-van-ges-in-istismara-verilm-sind-n-10-il-t-r