“Meydan” və “Qamışlı” KSES-lərdə istehsal edilən enerjinin həcmi açıqlanıb
AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI
Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” Kiçik Su Elektrik Stansiyasında (KSES) 11,4 milyon kilovat-saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən Renewables.az-a bildirilib ki, ümumi gücü 3,4 meqavat olan “Meydan” KSES hər biri 1,7 meqavat gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 meqavat olan “Qamışlı” KSES isə hər biri 3,15 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” KSES-ləri 2023-cü il mayın 27-də istismara verilib.
Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/meydan-v-qam-l-kses-l-rd-istehsal-edil-n-enerjinin-h-cmi-a-qlan-b