İraqda Kərbəla Günəş Elektrik Stansiyasının birinci mərhələsi işə salınıb
DÜNYA
GÜNƏŞ
İraqda Kərbəla Günəş Elektrik Stansiyası layihəsinin 22 MVt-lıq birinci mərhələsi işə salınıb.
İraqın bu növdən olan ilk alternativ enerji stansiyasının birinci mərhələsində 39 min panel quraşdırılıb. Ümumilikdə bu layihə üzrə yarım milyon panelin yerləşdirilməsi planlaşdırılır. Stansiyanın layihə gücü 525 meqavatdır və iki hissəyə yönəldilir: Kərbəla şəhəri üçün 300 meqavat və Babil şəhəri üçün 225 meqavat.
İraqın elektrik enerjisi naziri Ziyad Əli Fazil stansiyanın açılış mərasimində bildirib ki, bu qəbildən olan Şəms əl-Basra layihəsi də bu yaxınlarda milli enerji şəbəkəsinə qoşulacaq.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/raqda-k-rb-la-g-n-elektrik-stansiyas-n-n-birinci-m-rh-l-si-i-sal-n-b