İranda 600 MVt gücündə günəş stansiyasının birinci mərhələsinin açılışı olub
REGİON
GÜNƏŞ
İranın İsfahan vilayətində 600 MVt gücündə "Aftab Shargh" Günəş Elektrik Stansiyasının (GES) 120 MVt gücündə birinci mərhələrinin açılışı baş tutub.
Açılış mərasimində İran prezidenti Məsud Pezeşkian, sənaye naziri Məhəmməd Atabak və yüksək rütbəli rəsmilər iştirak ediblər.
Stansiya Qərbi Asiya regionunda ən böyük polad istehsalçısı olan "Mobarakeh Steel Company" tərəfindən tikilib. ISNA xəbər agentliyinin hesabatında deyilir ki, şirkət layihə üçün təxminən 305 milyon avro maliyyə ayırıb.
"Aftab Shargh" GES 2027-ci ilin martına qədər 600 MVt qoyuluş gücünə çatdırılacaq və İranın ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş günəş elektrik stansiyasına çevriləcək. Stansiyanın inşası müddətində 3 min iş yerinin yaradıldığı qeyd edilir, birinci mərhələnin istifadəyə verilməsi ilə 70 nəfər daimi işlə təmin olunub.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/randa-600-mvt-g-c-nd-g-n-stansiyas-n-n-birinci-m-rh-l-sinin-a-l-olub