“China Energy” Qazaxıstanda günəş və külək enerjisi layihələrinə 1 milyard dollar sərmayə qoyur
Çin tərəfi Qazaxıstanda bərpaolunan enerji layihələrinə 1 milyard dollardan çox investisiya qoymaq istəyini bildirib. Bu barədə Qazaxıstan energetika naziri Erlan Akkenjenov və “China Energy” şirkətinin prezidenti Tsyao Syubin arasında keçirilən görüşdən sonra iki irimiqyaslı layihənin həyata keçirilməsi planları təsdiqlənib.
Sənədlər Qazaxıstanın Türküstan bölgəsində 300 MVt gücündə günəş elektrik stansiyasının və Karaqanda vilayətində 500 MVt gücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Hər iki layihə COP29 iqlim konfransı çərçivəsində (2020-ci ilin noyabr ayında Bakıda keçirilən - red.) imzalanmış bərpaolunan enerji mənbələrinin inkişafı haqqında Hökumətlərarası Sazişin praktiki tətbiqi olacaq.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/china-energy-qazax-standa-g-n-v-k-l-k-enerjisi-layih-l-rin-1-milyard-dollar-s-rmay-qoyur