Berdıməhəmmədov: Xəzər dənizində yeni elektrik stansiyası Azərbaycanla enerji tərəfdaşlığını gücləndirəcək
AZƏRBAYCAN
REGİON
Xəzər dənizinin Türkmənistan sahilində 1 574 MVt gücündə yeni elektrik stansiyası istifadəyə veriləcək.
Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən məlumata görə, bunu Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə deyib.
Berdıməhəmmədov qeyd edib ki, onun istismara verilməsi Azərbaycana elektrik enerjisinin tədarükü, eləcə də Azərbaycandan keçməklə Avropa ölkələrinə tranzit üçün əlavə imkanlar açacaq.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/berd-m-h-mm-dov-x-z-r-d-nizind-yeni-elektrik-stansiyas-az-rbaycanla-enerji-t-r-fda-l-n-g-cl-ndir-c-k