Azərbaycanda külək enerjisi istehsalı 2 dəfə artıb
AZƏRBAYCAN
KÜLƏK
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın külək elektrik stansiyalarında 100 milyon kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 24 milyard 603,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Bunun 23 milyard 783,1 milyon kVts-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Elektrik enerjisi istehsalının 20 milyard 444,7 milyon kVts-ı isə istilik elektrik stansiyalarının (+0,9 %), 2 milyard 665,9 milyon kVts-ı su elektrik stansiyalarının (-2 %), 172,9 milyon kVts tullantıların yandırılmasından alınan elektrik enerjisi (-5,4 %) istehsalının payına düşüb.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/az-rbaycanda-k-l-k-enerjisi-istehsal-2-d-f-art-b