Back to News
Külək

Azərbaycan Türkiyənin "Ataseven Group" şirkəti ilə külək enerji üzrə əməkdaşlıq edəcək

Azərbaycan Türkiyənin "Ataseven Group" şirkəti ilə külək enerji üzrə əməkdaşlıq edəcək

AZƏRBAYCAN
KÜLƏK

Energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyənin külək enerjisi sənayesində fəaliyyət göstərən  “Ataseven Group” şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən “yaşıl enerji”, o cümlədən külək enerjisi  layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı və “yaşıl enerji”nin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir.

Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/az-rbaycan-t-rkiy-nin-ataseven-group-irk-ti-il-k-l-k-enerji-zr-m-kda-l-q-ed-c-k