Back to News
Hidro

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu kiçik SES-in tikintisinə vəsait ayıracaq

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu kiçik SES-in tikintisinə vəsait ayıracaq

AZƏRBAYCAN
HİDRO

Azərbaycan və Qırğızıstan Oş vilayətindəki (Qırğızıstan) Kulun çayında 5,4 MVt gücündə kiçik su elektrik stansiyasının (SES) tikintisi layihəsini təsdiq edib. Bu barədə Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyindən bildirilib.

Layihə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə oktyabrın 30-da Bişkekdə keçirilmiş Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Şurasının altıncı iclasında təsdiq olunub.

"İclasda tərəflər daxili normativ aktlara dəyişiklikləri müzakirə edərək təsdiqləyiblər, həmçinin Oş vilayətinin Kara-Kulja rayonundakı Kulun çayında 5,4 MVt gücündə kiçik su elektrik stansiyasının tikintisi üzrə investisiya layihəsi təsdiq edilib. Layihənin həyata keçirilməsi yeni iş yerləri yaratmağa və ölkənin sənaye potensialını gücləndirməyə, idxaldan asılılığı azaltmağa və ölkənin enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək", - məlumatda qeyd edilir.

Layihənin ümumi dəyəri 5,2 milyon ABŞ dolları təşkil edir və bu məbləğin 2,5 milyon dollarını Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təmin edəcək.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/az-rbaycan-q-r-z-stan-nki-af-fondu-ki-ik-ses-in-tikintisin-v-sait-ay-racaq