Azərbaycan Çin şirkəti ilə 100 MVt gücündə günəş layihəsinə dair İcra Müqaviləsi imzalayıb
AZƏRBAYCAN
GÜNƏŞ
Energetika Nazirliyi, Çinin "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC şirkətləri arasında "Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi" imzalanıb
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Energetika Nazirliyinin məlumatına görə, nazir Pərviz Şahbazovla “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb.
“China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib.
Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.
At the meeting with Chairman of China Datang Corporation Ltd (@China_Datang) Mr. Lyu Jun, discussions were held on the development of projects included in the cooperation agenda — onshore #solarenergy, offshore #windenergy, #energystoragesystems, and the #GreenEnergyCorridor… pic.twitter.com/7qGttFeCF4
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/az-rbaycan-in-irk-ti-100-mvt-g-c-nd-g-n-layih-sin-dair-cra-m-qavil-si-imzalay-b