Back to News
Külək

Aramco Ventures: Azərbaycan bol külək enerjisi ehtiyatına malikdir

Aramco Ventures: Azərbaycan bol külək enerjisi ehtiyatına malikdir

AZƏRBAYCAN
KÜLƏK

Azərbaycan bol külək enerjisi ehtiyatına malikdir və burada böyük imkanlar var. Bunu "Aramco Ventures"in baş icraçı direktoru Mahdi Al-Adel Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji layihələri mövcuddur, lakin külək əsməyəndə və yaxud günəş çıxmadıqda bu, kifayət etmir: "Buna görə də şəbəkə səviyyəli enerji saxlama böyük bir imkan sayılır. Həmçinin, birbaşa hava tutma və karbon izini azaltmağa imkan verən texnologiyalar, eyni zamanda hidrokarbon ehtiyatlarını çıxarmağa davam etməyə imkan verən texnologiyalar, bizim sərmayə qoyduğumuz və Azərbaycanın da tətbiq edə biləcəyimiz sahələrdir".

"Aramco"da gördüyümüz böyük tərəqqi texnologiyanın inkişafı və tətbiqi nəticəsindədir", - deyə qonaq əlavə edib.

📰 Article Source & Attribution

This article was originally published on renewables.az

Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.

Read the original article: https://renewables.az/az/news/aramco-ventures-az-rbaycan-bol-k-l-k-enerjisi-ehtiyat-na-malikdir