Alparslan Bayraktar: "Türkiyənin ilk atom elektrik stansiyası ölkənin ümumi enerji istehsalının 10 faizini təmin edəcək"
REGİON
NÜVƏ ENERJİSİ
Türkiyənin ilk atom elektrik stansiyası ölkənin ümumi elektrik enerjisi istehsalının 10 faizini təmin edəcək. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin şimal-şərqində yerləşən Rizə vilayətində keçirilən “Ayder” Beynəlxalq Enerji Forumunda çıxışı zamanı bildirib.
A.Bayraktar atom enerjisinin inkişafının əhəmiyyətinə də toxunaraq, “Akkuyu” Atom Elektrik Stansiyasını “Türkiyə xalqının 70 illik arzusunun təcəssümü” adlandırıb. “Mersin vilayətində yerləşən AES-də elektrik enerjisinin istehsalına bu il artıq başlanılacaq. “Akkuyu”nun dörd reaktorundan birincisi istismara veriləcək. Türkiyənin ilk atom elektrik stansiyası ölkənin ümumi elektrik enerjisi istehsalının 10 faizini təmin edəcək”, – deyə nazir bildirib və Sinop və Trakiyada yeni AES-lərin tikintisinə hazır olduqlarını vurğulayıb.
“Bu AES-lər, eləcə də modul tipli atom stansiyaları sayəsində 2050-ci ilə qədər Türkiyə 20 min meqavatadək elektrik enerjisi istehsal edəcək. Biz bu məqsədə çatmaqda qətiyyətliyik”, – deyə A.Bayraktar qeyd edib.
Canlı 📡
Bakanımız Sayın @aBayraktar1, Rize'de düzenlenen Uluslararası Ayder Forumu'nda konuşuyor. https://t.co/SA1HcTr2mM
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/alparslan-bayraktar-t-rkiy-nin-ilk-atom-elektrik-stansiyas-lk-nin-mumi-enerji-istehsal-n-n-10-faizini-t-min-ed-c-k