ADB Azərbaycanda BOEM-in enerji şəbəkələrinə inteqrasiyası üzrə layihəyə start verir
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan və Tailandı əhatə edən "Ağıllı enerji sistemlərinin və enerji şəbəkələrinə inteqrasiya infrastrukturunun tətbiqinin sürətləndirilməsi (Alt layihə 2)" layihəsini təsdiq edib.
Layihənin ümumi büdcəsi 1,5 milyon ABŞ dolları təşkil edir. Layihəni İntellektual Enerji İnnovasiyaları Fondu maliyyələşdirəcək.
Alt layihə Azərbaycan və Tailanda dəstək göstərilməsini nəzərdə tutur və gələcəkdə ADB-nin digər inkişaf etməkdə olan üzv ölkələrinin ehtiyacları və cari məsləhətləşmələr nəzərə alınmaqla genişləndirilə bilər. Bu ölkələrə Qazaxıstan (elektrik mobilliyi və şarj infrastrukturu), Qırğızıstan (data mərkəzləri) və Tailanddır (data mərkəzlərinin dayanıqlı və etibarlı enerji təchizatı) daxildir.
ADB-dən qeyd edilib ki, alt layihə ağıllı enerji sistemlərinə və bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası infrastrukturuna investisiyalara, həmçinin benefisiar ölkələrdə innovativ və qabaqcıl texnologiyaların, eləcə də rəqəmsal həllərin təşviqinə yönəlib.
Layihə texniki yardım klasterinin bir hissəsi olaraq həyata keçirilir və intellektual şəbəkələr, sektorlararası təmiz enerji komponentləri və BOEM-in inteqrasiyası sahəsində həllərin tətbiqinə yönəlib.
Alt layihənin icrası çərçivəsində tərəfdaşlıq strategiyası (CPS) kontekstində ölkə qiymətləndirmələrinin, sektorial və texnoloji icmalların, həmçinin özəl sektorun inkişafı üzrə diaqnostik tədqiqatların hazırlanması nəzərdə tutulub. Həm suveren, həm də qeyri-suveren təşəbbüslər üçün layihələrin identifikasiyası, ilkin və hərtərəfli texniki-iqtisadi əsaslandırmaların hazırlanması planlaşdırılır. Bundan başqa, texnoloji hazırlıq səviyyəsinin artırılması bilik mübadiləsi və texniki təlim vasitəsilə təmin ediləcək.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb və mənzil qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit Okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/adb-az-rbaycanda-boem-in-enerji-b-k-l-rin-inteqrasiyas-zr-layih-y-start-verir